Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılama baş tutacaq.

"Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. "Araz-Naxçıvan" isə səfərdə "Neftçi"nin qonağı olacaq.

Qeyd edək ki, bu turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" matçları başqa bir tarixdə keçirilmək üçün təxirə salınıb.

Azərbaycan Premyer Liqası
II tur
23 avqust

18:30. "Turan Tovuz""Şamaxı"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli 
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu

20:45. "Neftçi""Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Emin Cəfərov 
"Palms Sports Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest