Amsterdamın "Ayaks" klubunun mərkəz müdafiəçisi və Xorvatiya millisinin üzvü Yosip Şutalo karyerasını Romanın "Latsio" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulan satın alma şərtli icarə müqaviləsindən gedir. "Latsio" bu icarə üçün Niderland klubuna 3 milyon avro ödəyəcək, oyunçunun transfer hüquqlarına birdəfəlik sahib olmaq isə romalılara 7,5 milyon avroya başa gələcək.

Şutalo 2023-cü ilin yayından etibarən "Ayaks"da çıxış edirdi. Bu müddət ərzində o, Niderland təmsilçisinin heyətində bütün turnirlərdə daxil olmaqla 108 matçda meydana çıxıb və 4 qolla yadda qalıb. Müdafiəçi buna qədər Zaqreb "Dinamo"su və "İstriya" klublarında da oynayıb.

Xorvatiya yığmasında 37 qarşılaşmada iştirak edən Şutalo komandasının 2026-cı ildə baş tutan dünya çempionatı turnirindəki hər 4 oyununda meydanda tam müddət qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest