Uruqvay millisinin tanınmış hücumçusu Darvin Nunyes "Əl-Hilal"dan Səudiyyə Ərəbistanının digər təmsilçisi "Əl-Diriyyə" klubuna keçib. Ulduz futbolçunun yeni komandasına keçidi rəsmiləşib.
Matc.az xəbər verir ki, bu barədə "Əl-Diriyyə" klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 1 illik icarə müqaviləsindən gedir və sözləşmə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilədə oyunçunun birdəfəlik satın alınması bəndinin olub-olmaması barədə isə məlumat verilmir.
Cari ilin yanvar ayından etibarən Nunyes faktiki olaraq "Əl-Hilal"ın heyətindən kənarda qalıb. O, Kərim Benzemanın transferindən sonra Səudiyyə Ərəbistanı çempionatı üçün nəzərdə tutulan sifariş vərəqəsindən çıxarılıb. Həm futbolçunun, həm də klubun əməkdaşlığa son qoymaq istəyi məhz bununla bağlı olub.













