"Çelsi"nin fransalı mərkəz müdafiəçisi Benua Badiaşil "Napoli"nin oyunçusu olub. Fransalı futbolçu karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə İtaliya vitse-çempionunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsindən gedir. Sözləşmədə futbolçunun birdəfəlik satın alınması bəndi də yer alıb.
"Napoli" bu icarə üçün London klubuna 3 milyon avro ödəyəcək, oyunçunun transfer hüquqlarına birdəfəlik sahib olmaq isə Neapol təmsilçisinə 20 milyon avroya başa gələcək.
Badiaşil 2023-cü ilin yayından etibarən "Çelsi"də çıxış edirdi. 25 yaşlı fransalı müdafiəçi London klubunun əsas heyətində möhkəmlənə bilməyib və ötən mövsüm bütün turnirlər daxil olmaqla cəmi 16 matçda meydanda olub, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Karyerasına "Monako"da başlayan Badiaşil 2022-ci ildə Fransa millisinin heyətində 2 oyun keçirib.
Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında yeni mövsümə uğurlu start verərək, ilk turda səfərdə "Cenoa"nı 2:0 hesabı ilə məğlub edib.













