23 Avqust 2026, 21:24
FUTBOL
"İkinci yarıda yaxşı olduğumuzu deyə bilmərəm".
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının II turu çərçivəsində doğma meydanda "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə çox pis oynadıq. Səbəblərini araşdıracağıq. İkinci yarıda yaxşı olduğumuzu deyə bilmərəm. Amma birinci hissə ilə müqayisədə normal idik.
- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?
- Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi.













