23 Avqust 2026, 19:17
FUTBOL
"Mançester Siti" və "Brayton" arasında keçirilən Premyer Liqanın I turunun oyunu ulduz hücumçu Erlinq Haland üçün əlamətdar olub. Norveçli futbolçu "şəhərlilər"in heyətində yubiley – 200-cü matçına çıxıb.
Matc.az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş meydan sahiblərnin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Haland meydana ilk dəqiqələrdən daxil olub. O, azarkeşlərin qarşısına yeni imicdə – uzun saçları olmadan çıxıb.
Hücumçu 2022-ci ilin yayında Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olunub. İngiltərə təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 200 oyuna çıxan Haland 162 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.













