23 Avqust 2026, 10:28
FUTBOL
"Liverpul"un keçmiş yarımmüdafiəçisi Fabinyo "Trabzonspor"a keçməyə yaxındır.
Matc.az xəbər verir ki, tanınmış insayder Fabrisio Romano tərəflərin şifahi razılıq əldə etdiyi barədə məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı braziliyalı futbolçunun yaxın 24-48 saat ərzində Türkiyəyə gələcəyi və tibbi müayinədən keçəcəyi gözlənilir.
Fabinyo "Əl-İttihad"dan ayrıldıqdan sonra azad agent statusundadır. O, ötən mövsüm 43 matçda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Trabzonspor" bu yaxınlarda "Liverpul"un digər keçmiş vingeri Məhəmməd Salahı da azad agent kimi heyətinə qatıb.













