"Sabah" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun hakim təyinatları bəlli olub. İki komanda arasındakı həlledici qarşılaşmanı rumıniyalı ədalət təmsilçiləri idarə edəcəklər.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sabolç Kovaç yerinə yetirəcək. Matçın VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Qeyd edək ki, saat 20:45-də start götürəcək qarşılaşmanın ilk oyununda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest