İtaliyanın "Komo" klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edib.

Matc.az xəbər verir ki, A Seriyası "Hammarbü"dən Adrian Lahdonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Komo" 18 yaşlı futbolçu üçün isveç klubuna 12 milyon avro təzminat ödəyib. İsveçli oyunçu ilə 5,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Adrian Lahdo "Hammarbü"nün yetirməsidir. Gənc yarımmüdafiəçi 2024-cü ilin yayında əsas komandaya cəlb olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest