"Real" yeni antirekord qeydə alınıb.

Matc.az xəbər verir ki, braziliyalı cinah hücumçusu Rodriqo ardıcıl 30 oyundur ki, "kral klubu"nun heyətində qol vura bilmir.

Madrid təmsilçisinin tarixində heç bir hücumçu bu qədər uzun müddət ərzində (1338 dəqiqə) fərqlənmədən çıxış etməyib. 24 yaşlı futbolçu sonuncu dəfə 2025-ci il yanvarın 19-da Las-Palmasa qarşı keçirilən matçda (4:1) qol vurub.

Braziliyalı oyunçu 2019-cu ildə Madrida köçüb. Rodriqo ümumilikdə "Real"ın heyətində 285 matça çıxıb, 68 qol vurub və 53 qol ötürməsi verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest