11 Noyabr 2025, 12:59
FUTBOL
Türkiyədə mərc oyunlarında şübhəli bilinən futbolçular arasında millimizin üzvü də var.
Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası davam edən araşdırma çərçivəsində mərc oyunlarında iştirakına görə 1024 futbolçunun adını rəsmi olaraq açıqlayıb.
Onların arasında Azərbaycan milli komandasının müdafiəçissi Mert Çelik də var. Hazırda "Sivasspor"da çıxış edən futbolçu mərc oyunlarında iştirak etməkdə ittiham olunur. 25 yaşlı mərkəz müdafiəçisi istintaq başa çatanadək futboldan kənarlaşdırılıb.
Qeyd edək ki, Mert Çelik "Neftçi" və "Səbail"də çıxış edib. O, Azərbaycan yığmasının heyətində 1 oyunda iştiraak edib.












