05 Oktyabr 2025, 11:15
FUTBOL
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-də "Yyu Enqland Revolution"a qarşı ev oyununda üç məhsuldar ötürmə edib.
Matc.az xəbər verir ki, qarşılaşma 4-1 hesabı ilə başa çatıb. Komandanın ilk üç qolunun ötürməsini Messi edib.
Messi 24 qol və 18 məhsuldar ötürmə ilə çempionatın bombardiri və asist siyahısına başçılıq edir.
Qeyd edək ki, "İnter Mayami" 32 matçda 59 xalla Şərq Konfransının turnir cədvəlində üçüncüdür.












