DÇ-2006-nın çempionu Fabio Kannavaro Özbəkistan millisinin yeni baş məşqçisi olmağa şifahi razılıq verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 52 yaşlı mütəxəssis 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmış milli komandaya rəhbərlik edəcək. Tərəflər müqavilə şərtləri ilə bağlı razılığa gəliblər və rəsmi imzalanma 24-48 saat ərzində gözlənilir.

Qeyd edək ki, Kannavaro məşqçilik karyerası ərzində "Everqrand", "Əl-Nəsr", "Benevento", "Udineze" kimi klublara rəhbərlik edib. Kannavaronun son klubu apreldə postunu tərk etdiyi Zaqreb "Dinamo"su olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest