10 Sentyabr 2025, 16:34
FUTBOL
"Beşiktaş" "Kayserispor"un kapitanı Gökhan Sazdağını transfer edib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
"Qara qartallar"ın 31 yaşlı sağ cinah müdafiəçisi üçün onun klubuna 1,5 milyon avro ödədiyi bildirilir. Təcrübəli oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gökhan Sazdağı bu mövsüm "Kayserispor"un heyətində 3 oyunda iştirak edib.