"Arsenal"ın futbolçusu Leandro Trossard karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Beşiktaş" belçikalı vingeri transfer etmək istəyir. İstanbul nəhəngi 30 yaşlı oyunçu üçün "topçular"a rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Leandro Trossard bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 1 oyunda 37 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest