02 Avqust 2025, 13:57
FUTBOL
"Vulverhempton" "AZ Alkmaar" və Norveç millisinin müdafiəçisi David Mölleri transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 5 illikdir, lakin transfer məbləği barədə məlumat verilmir.
Qeyd edək ki, ötən mövsüm Möller klub səviyyəsində 47 oyun keçirib, üç qol vurub, səkkiz məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunu 9 milyon avro qiymətləndirir.
23 yaşlı müdafiəçi Norveç millisində də 12 oyunda 1 qola imza atıb.