20 İyun 2025, 10:27
FUTBOL
"Anderlext"in hücumçusu Kasper Dolberq Türkiyə Super Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Beşiktaş" danimarkalı forvardı heyətinə qatmağa çalışır. "Qara qartallar" Dolberqi satınalma bəndi ilə icarəyə götürmək istəyir. "Beşiktaş" 27 yaşlı futbolçu üçün Belçika klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Danimarka millisinin üzvü olan Kasper Dolberq ötən mövsüm "Anderlext"in heyətində keçirdiyi 45 oyunda 24 qol vurub, 2 qol ötürməsi edib.