Almaniyada mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, "Kicker" nəşrinin Bundesliqa oyunçuları arasında keçirdiyi geniş sorğuda "Bavariya"nın vingeri Maykl Olise birinci olub.

Respondentlərin 40,7%-nin səsini toplayan fransız ulduz mövsümün ən parlaq siması kimi qəbul edilib.

Səsvermənin nəticələrinə əsasən, Bundesliqada mövsümün ən yaxşı 5 futbolçusu bu cür sıralanıb:

1. Maykl Olise ("Bavariya") - 40,7%
2. Yan Diomande ("Leypsiq") - 15,1%
3. Luka Vuşkoviç ("Hamburq") - 11,1%
4. Harri Keyn ("Bavariya") - 10,1%
5. Luis Dias ("Bavariya") - 4,5%

Maraqlıdır ki, "Bavariya"nın bombardiri Harri Keyn Bundesliqada mövsümün ən çox qol vuran oyunçusu olmasına baxmayaraq, həmkarları tərəfindən yalnız 4-cü pilləyə layiq görülüb. Digər Münhen təmsilçisi Luis Dias isə ilk "beşliy"i tamamlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest