"Atletiko" "Barselona"dan icarəyə götürdüyü Klemen Lanqlenin transfer hüquqlarına yiələnib.

Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" fransalı mərkəz müdafiəçisi üçün "Barselona"ya təzminat ödəməyib. 29 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Atletiko" Klemen Lanqleni  ötən mövsümün əvvəlində icarəyə götürmüşdü. Fransa millisinin sabiq üzvü Madrid təmsilçisinin heyətində keçirdiyi 34 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest