Londonun "Çelsi" klubu yarımmüdafiəçi Qranit Caka ilə şəxsi müqavilənin şərtləri barədə şifahi razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

"Zadəganlar" artıq "Sanderlend" rəhbərliyi ilə danışıqlara başlayıblar. İsveçrəli yarımmüdafiəçinin transferində baş məşqçi Xabi Alonso şəxsən maraqlıdır və oyunçunun keçidində israr edir.

Bundan başqa, isveçrəli futbolçunun xidmətində "Mançester Yunayted" də maraqlıdır.

Başa çatan 2025/2026 mövsümündə Qranit Caka bütün turnirlərdə 36 matçda meydana çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Cakanın "Sanderlend" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest