Almaniya millisinin sabiq futbolçusu Məsut özil karyerasını bitirib. Matc.az saytı xəbər verir ki, ötən yaydan "Başakşehir"də çıxış edən 34 yaşlı yarımmüdafiəçi futboldan ayrılmaq qərarına gəlib.

Türkiyə Super Liqasının 22-ci turunun "Kayserispor"la oyununda (0:1) start heyətində yer alan özil fasilədən sonra əvəzlənib və azarkeşlərin tənqid hədəfinə çevrilib. Ertəsi gün məşqə getməyən ulduz futbolçu komanda yoldaşlarına karyerasını bitirməsi ilə bağlı məlumat verib. Tərəflərin tezliklə müqaviləyə xitam verməsi gözlənilir.

özünəməxsus texniki hərəkətin adı verilən neçə futbolçu tanıyırsınız? Dərhal Antonin Panenka və Zinəddin Zidan yada düşür. Birincisi fərqli penalti zərbəsi kəşf edibsə, Zidan "Marsel ruleti"nin adının onun şərəfinə dəyişdirilməsi ilə diqqət çəkib. özil də analoji şəkildə tarixə düşə bilər: Gələcəkdə Britaniya mətbuatının "bounce chip" kimi səsləndirdiyi zərbə üsulu onun adını daşıyacaq.

 

Sadə dillə desək, "sıçrayış çipi" topu qazona "basdıran" zərbədir ki, bundan sonra top qapıçı üçün gözlənilməz hündürlüyə qalxır. özil Premyer Liqa çərçivəsində "Liverpul", "Bornmut", "Haddersfild" və "çelsi" kimi komandalara bu formada bir neçə qol vurub. 2019-cu ilin fevralında "Arsenal" onun bu tip zərbələrindən birinə "Ayın qolu" mükafatını verib. "Liverpul"la həmin vaxtkı qarşılaşmada özilin qapıçı ilə təkbətək zamanı "sıçrayış çipi" topun daha da sürətlənməsinə səbəb olub. Həmçinin müdafiəçilər də zərbənin trayektoriyasını müəyyənləşdirə bilməyib.

"Sıçrayış çipi"nin sirri futbolçunun kürəyindən gəlir. Bu texnikanı yerinə yetirərkən özil klassik top zərbəsindəki qədər əyilmir. Onun yelləndiyini görən qapıçı yerdən zərbə gözləyir. Lakin zərbədən sonra top anidən havaya qalxır.

Yayılan məlumatlara görə, Məsutun qeyri-adi ötürmələr və zərbələr bacarığı uşaqlıqda inkişaf edib. O, Helzenkirxendə adi beton "qutu"nun içində topu qəbul edər və onu oradan çıxarmaq üçün cəhdlər göstərərmiş. Bunun nəticəsində özil akademiyalardakı həmyaşıdlarından daha çox top fırlatmaq metodlarını bilib.

İndi layiqli varis çıxana qədər türkiyəli futbolçunun belə heyrətamiz zərbələrini yalnız yutub videolarında müşahidə edə biləcəyik.

 

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest