Futbol üzrə Argentina yığmasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Matc.az xəbər verir ki, Lionel Skalonenin baş məşqçi olduğu komanda Qətərdə keçirilən dünya çempionatının ilk matçında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub.
 
Asiya təmsilçisi cənubi amerikalıların 36 matçlıq seriyasına son qoyub. Argentina İtaliyanın 37 oyunluq nailiyyətini təkrarlaya bilməyib.
 
"Tanqoçular" sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə yenilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest