Braziliya milli komandasının futbolçuları iyunun 13-də start götürəcək Amerika kubokunda iştirak etməyi qəbul ediblər. Matc.az xəbər verir ki, bir müddət əvvəl Braziliya yığmasının futbolçuları koronavirus pandemiyasına yoluxma hallarının çoxluğu səbəbindən Amerika kubokunda oynamaqdan imtina etdiklərini açıqlamışdılar.
 
Buna səbəb Argentina və Kolumbiyadan alınan qitə birinciliyinin Braziliyada təşkilinə olan etirazlar idi. Amma sonradan futbolçular fikirlərini dəyişiblər.
 
Artıq Braziliya millisinin Amerika kuboku üçün yekun heyəti də məlum olub. Yığmanın baş məşqçisi Tite 24 futbolçuya dəvət göndərib.
 
Qapıçılar: Alisson Bekker ("Liverpul", İngiltərə), Ederson ("Mançester Siti", İngiltərə), Veverton ("Palmeyras");
 
Müdafiəçilər: Emerson ("Barselona", İspaniya), Danilo, Aleks Sandro (hər ikisi "Yuventus", İtaliya), Renan Lodi, Felipe (hər ikisi "Atletiko", İspaniya), Eder Militao ("Real", İspaniya), Markinyos (PSJ, Fransa), Tyaqo Silva ("çelsi", İngiltərə);
 
Yarımmüdafiəçilər: Kazemiro ("Real", İspaniya), Duqlas Luis ("Aston Villa", İngiltərə), Everton Roberyro ("Flamenqo"), Fabinyo ("Liverpul", İngiltərə), Fred ("Mançester Yunayted", İngiltərə), Lukas Paketa ("Lion", Fransa);
 
Hücumçular: Everton Soares ("Benfika", Portuqaliya), Roberto Firmino ("Liverpul", İngiltərə), Qabriel Barbosa ("Flamenqo"), Qabriel Jezus ("Mançester Siti", İngiltərə), Neymar (PSJ, Fransa), Riçarlison ("Everton", İngiltərə), Vinisius Junior ("Real", İspaniya).
 
Qeyd edək ki, iyunun 13-də start götürəcək Amerika kubokuna ev sahibliyini Braziliya edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest