Millimizin baş məşqçisi: Onlar qrupun favoritidi
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev AFFA-nın rəsmi saytına açıqlamasında dünən başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, fevralın 14-dək Bakıda təşkil olunacaq hazırlıq çərçivəsində bir yoxlama görüşü keçirəcəklərini söyləyib.



























