11 İyun 2025, 15:56
FUTBOL
"Şaxtyor"un baş məşqçisi Arda Turan Türkiyədən transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Ukrayna klubu "Trabzonspor"un qapıçısı Uğurcan Çakırın xidmətində maraqlıdır. "Şaxtyor" Türkiyə millisinin üzvü üçün onun klubuna təklif göndərəcək.
Uğurcan Çakırla "Monako" və "Leeypziq" də maraqlanır. 29 yaşlı qolkiperin klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.