12 İyun 2025, 10:18
FUTBOL
"Latsio" müqaviləsi başa çatan Pedro ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi ispan vingeri daha bir mövsüm komandada saxlayacaq. Bu barədə insayder Nikola Skira məlumat yayıb.
Paytaxt klubu İspaniya millisinin sabiq üzvü ilə yeni müqavilə məsələsində razılıq əldə edib.
Qeyd edək ki, Pedro 2021-ci ilin yayından "Latsio"da çıxış edir. 37 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində keçirdiyi 44 oyunda 14 qol vurub, 5 qol ötürməsi edib.