Polşa milli komandasının baş məşqçisi Mixal Probej istefa verib.

Matc.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssis hazırkı vəziyyətdə istefasının komandaya fayda verəcəyini bildirib.

Qeyd edək ki, Probej bir müddət əvvəl Robert Levandovskidən kapitanlıq sarğısını almışdı. 37 yaşlı hücumçu isə baş məşqçi dəyişdirilənədək millidə oynamayacağını açıqlamışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest