"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarındakı ingilis klublarının çıxışını şərh edib.

Matc.az xəbər verir ki, o, ingilis klublarının zəif nəticə göstərdiyini vurğulayıb.

"İngiltərə əvvəllər dünyanın ən yaxşı liqası idi və biz də ən yaxşısı idik. Amma həftənin ortasında baş verənlərdən sonra artıq bunu deyə bilməzsən. Hələ də inanılmaz bir liqamız olduğuna əminəm, sadəcə daha yaxşı nəticə göstərə bilərdik".

Qeyd edək ki, Çempionlar Liqasında "Mançester Siti" "Real"a (3:0), "Tottenhem" "Atletiko"ya (5:2), "Liverpul" isə "Qalatasaray"a (1:0) uduzub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest