"Mançester Siti"dən ayrılan Kevin De Bruynenin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi "Napoli" ilə anlaşıb.

De Bruyne artıq İtaliyaya yollanıb. 33 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra "Napoli" ilə 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest