"Arsenal"ın müdafiəçisi Kiran Tirni ölkəsinə qayıdıb.

Matc.az xəbər verir ki, "Seltik" şotlandiyalı futbolçunu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tirni azad agent statusunda olduğu üçün "Seltik" onun üçün təzminat ödəməyib. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Arsenal" Kiran Tirnini 2019-cu ildə məhz "Seltik"dən transfer etmişdi. Şotlandiya millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində 20 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest