"Milan" komandadan ayrılmaq istəyən Rafael Leao ilə bağlı qərar verib.

Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası nəhəngi "Bavariya"nın transfer siyahısından yer alan portuqaliyalı vingerə qiymət qoyub.

"Milan" Leao üçün 100 milyon avro tələb edəcək. Klub futbolçunu bu məbləğdən aşağı satmaq niyyətində deyil. 100 milyon avroluq təklif gəlməsə, 26 yaşlı oyunçu komandada qalacaq.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Rafael Leao ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 50 oyunda 12 qol vurub, 13 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest