Ötən mövsüm "Fənərbaxça"da əsas heyətə düşə bilməyən İsmail Yüksek "Fənərbaxça"dan ayrılmaq istəyib.

Matc.az Türkiyə mətbuatına istinaddən xəbər verir ki, yarımmüdafiəçi bir neçə klubla danışıqq aparırdı.

Baş məşqçi Joze Mourinyo türk futbolçunun fikrini dəyişib. Portuqaliyalı mütəxəssis 26 yaşlı yarımmüdafiəçiyə güvəndiyini bildirib və ondan komandada qalmasını istəyib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan İsmail Yüksek ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 30 oyunda 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest