11 İyun 2025, 18:36
FUTBOL
Almaniyanın "Bayer" komandası PSJ-nin müdafiəçisi Aleks Teyp ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Bundesliqa klubun rəsmi saytı paylaşıb.
Bildirilir verir ki, 17 yaşlı fransalı futbolçu azad agent kimi Leverkuzen təmsilçisinə keçib. Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Bayer" ötən mövsüm Almaniya çempionatını ikinci pillədə başa vurub.