"Bavariya"nın vingeri Leroy Sane "Qalatasaray"a keçməyə yaxındır. Matca.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, futbolçu ilə klub arasında razılıq tam olaraq əldə olunub. Yalnız imza atmaq qalır. Sane Türkiyə çempionu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Futbolçunun 2025-ci ildə ABŞ-da keçiriləcək klublararası dünya çempionatı başlamazdan əvvəl hazırkı klubundan ayrılacağı gözlənilir. Sanenin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, Almaniya Bundesliqasının 2024/2025 mövsümündə 29 yaşlı Leroy Sane 30 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında isə 13 oyunda 1 qol ilə yadda qalıb.