"Liverpul" PSJ-nin futbolçusu Bredli Barkolanı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi fransalı vinger üçün PSJ ilə danışıqlara başlamağı planlaşdırır. 22 yaşlı futbolçu ilə "Bavariya"daa maraqlanır.

Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ildə "Lion"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm Paris təmsilçisinin heyətində keçirdiyi 58 oyunda 21 qol vurub, 19 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest