12 İyun 2025, 14:46
FUTBOL
FiFA qadın futbolçulardan ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Matc.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində irəliləyib.
Ötən siyahı ilə müqayisədə bir pillə irəliləyən yığmamızın aktivində 1303.32 xal var. Millimiz İordaniyanı qabaqlayaraq 74-cü sıraya yüksəlib.
Qeyd edək ki, reytinq cədvəlinə ABŞ millisi (2057,19) başçılıq edir.