11 İyun 2025, 17:55
FUTBOL
"Jirona"nın müdafiəçisi Migel Qutyerres karyerasını İtaliyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Napoli" ispan futbolçunun transferi üçün onun klubu ilə anlaşıb. İtaliya çempionu 23 yaşlı 23 yaşlı sol cinah müdafiəçisi üçün 35 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Migel Qutyerres ötən mövsüm "Jirona"nın heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.