11 İyun 2025, 16:10
FUTBOL
I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Karvan" futbol klubunun üzvü Ezekiel Morqan mükafatlandırılıb.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.