11 İyun 2025, 17:29
FUTBOL
"Mançester Siti" "Ruzenborq"un yarımmüdafiəçisi Sverr Nipanı transfer etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Klublar arasında razılıq əldə olunduğu bildirilir. "Mançester Siti" 18 yaşlı futbolçu ilə müqavilə imzaladıqdan sonra onu inkişaf etməsi üçün başqa kluba icarəyə verməyi planlaşdırı.
Qeyd edək ki, Sverr Nipan Norveç U-21 millisinin üzvüdür. Gənc oyunçu hazırda davam edən mövsümdə "Ruzenborq"un heyətində keçirdiyi 10 oyunda 1 qol vurub.