İtaliya millisinin futbolçusu Domeniko Berardi "Saussuolo" ilə müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə daha dörd il - 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Berardi "Sassuolo"nun yetirməsidir və bütün karyerasını doğma şəhər klubunda keçirib. 2013-2015-ci illərdə o, "Yuventus"a məxsus olsa da, bu iki il ərzində icarə əsasında "Saussuolo"da oynamağa davam edib.

31 yaşlı cinah yarımmüdafiəçisi 2021-ci ildə Avropa çempionu olduğu İtaliya millisinin heyətində 27 oyunda 8 qola imza atıb.

Qeyd edək ki, ötən mövsüm Berardi B Seriyasında 29 matçda 6 qol vurub və 14 məhsuldar ötürmə edib. Mövsümün sonunda komanda bir ildən sonra yenidən A Seriyasına qayıdıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest