"Sevilya"nın fransız mərkəz müdafiəçisi Loik Bade karyerasını Leverkuzen "Bayer"ində davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı fransalı futbolçu ilə müqavilə 5 il - 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Futbolçunun transfer dəyəri açıqlanmayıb, lakin mətbuatın yazdığına görə, söhbət 29 milyon avro və 4 milyon mümkün bonusdan gedir.
Qeyd edək ki, 2023-cü ilin yayında "Sevilya" Bade üçün "Renn"ə 12 milyon avro vermişdi. Ötən mövsüm müdafiəçi "Sevilya"nın heyətində bütün turnirlərdə 33 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Bu ilin iyununda Bade Fransa millisinin heyətində Millətlər Liqasında 3-cü yer uğrunda Almaniya ilə görüşdə (2:0 qələbə) debüt edib.