22 Avqust 2025, 17:45
FUTBOL
"Barselona"nın 19 yaşlı müdafiəçisi Hektor Fort karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Diario SPORT" məlumat yayıb.
Bildirilir ki, "Vest Hem" futbolçunun icarəsi ilə bağlı fəal danışıqlar aparır. Fort daha çox oyun təcrübəsi əldə edə biləcəyi İngiltərə klubuna keçməyin əleyhinə deyil.
Lakin mövsümün sonunda o, "Barselona"ya qayıtmaq və Kataloniya klubunun əsas heyətində yer almaq üçün mübarizə aparmaq istəyir.
Qeyd edək ki, ötən mövsüm Fort La Liqada 17 oyun keçirib. Onun "Barselona" ilə müqaviləsi gələn ilin yayına kimi qüvvədədir. Müdafiəçinin İspaniya U-19 yığmasında da 6 oyunu var. "Transfermarkt" Fortun dəyərini 10 milyon avro qiymətləndirir.