22 Avqust 2025, 21:33
FUTBOL
"Liverpul"un və Niderland millisinin müdafiəçisi Ceremi Frimponq bud nahiyəsindən zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir k, 24 yaşlı futbolçu bir neçə həftəlik sıradan çıxıb. O, yalnız sentyabrda millinin oyunları üçün fasilədən sonra meydana qayıda biləcək. "Liverpul" Premyer Liqada sentyabr fasiləsindən sonra ilk oyununu sentyabrın 14-də "Bernli"yə qarşı keçirəcək.
Xatırladaq ki, Frimponq bu yay "Bayer"dən 40 milyon avroya "Liverpul"a keçib. Müdafiəçi "qırmızılar"ın heyətində ilk rəsmi oyununda, "Kristal Pelas"a qarşı Superkubok görüşündə fərqlənib.