UEFA Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub. Matc.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşlərindən sonra Avropa Liqasında Tomaş Souçek ("Vest Hem", İngiltərə), Pedri ("Barselona", kİspaniya), Merih Demiral ("Atalanta", İtaliya), Abel Ruis ("Braqa", Portuqaliya), Konfrans Liqasında isə Eran Zahavi (PSV, Niderland), Valenten Ronjyo ("Marsel", Fransa), Vangelis Pavlidis ("Alkmar", Niderland) və Filipp Vizinger (LASK, Avstriya) 4-lüy-ə daxil olub.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest