Avropa Liqasında mübarizə aparacaq "Neftçi", bu turnirin 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) qarşılaşacaq. Matc.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun avqustun 3-də keçiriləcək.
 
Artıq qarşılaşmanın başlama saatı da müəyyənləşib. Bakı klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
 
Qeyd edək ki, bu komandalar arasında cavab matçı isə avqustun 12-də Helsinkidə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest