12 Aprel 2026, 14:28
FUTBOL
Almaniya millisinin keçmiş qapıçısı Oliver Kan hesab edir ki, "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala qarşıdan gələn dünya çempionatını buraxmalıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Germany" paylaşıb.
"O, dünya çempionatına iştirak etməməlidir. Əgər oyunumda bir şeyin səhv olduğunu hiss edirəmsə, yenidən hazır olmaq üçün öz üzərimdə işləməliyəm", - Kanın açıqlamasında deyib.
Qeyd edək ki, Musiala ötən yay klublararası dünya çempionatı zamanı ayaq sümüyünün sınması səbəbindən cari mövsümün bir hissəsini buraxıb. Bu günə qədər 23 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 14 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.












