11 Aprel 2026, 17:38
FUTBOL
"Sassuolo" və Bosniya və Herseqovina milli komandasının mərkəz müdafiəçisi Tarik Muharemoviç "İnter"ə keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə Matteo Moretto məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçu artıq "İnter"ə qoşulmağa razılıq verib və onunla maraqlanan digər klublarla danışıqlara son qoyub. Muharemoviçin potensial transfer haqqının yarısı əvvəlki klubu "Yuventus"a gedəcək.
Morettonun "Sassuolo" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir və onun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm o, bütün klub yarışlarında 27 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Müdafiəçi Bosniya və Herseqovina milli komandasında 12 oyun keçirib və bir qol vurub.












