"Atalanta" "Milan"dan icarəyə götürdüyü Yunus Musa ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Berqamo təmsilçisi oyunçunun transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

ABŞ millisinin üzvü müqavilə ilə məxsus olduğu "Milan"ın düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, "Atalanta" Yunus Musanı mövsümün əvvəlində 4 milyon avro qarşılığında icarəyə götürüb. 23 yaşlı yarımmüdafiəçi Berqamo təmsilçisinin heyətində keçirdiyi 29 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest