29 May 2026, 10:54
FUTBOL
"Real"ın futbolçusu Brahim Dias İtaliya A Seriyasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.
"Yuventus" mərakeşli vingeri transfer etmək istəyir. "Ağ-qaralar"ın rəsmiləri artıq futbolçunun ətrafı ilə ilkin danışıqlara başlayıb. 26 yaşlı futbolçunun Turin təmsilçisinə keçməyə isti yanaşdığı bildirilir.
Qeyd edək ki, Brahim Dias başa çatan mövsümdə "Real"ın heyətində keçirdiyi 42 oyunda 2 qol vurub, 9 qol ötürməsi edib. Mərakeş millisinin üzvü daha əvvəl İtaliyada "Milan"ın formasını geyinib.













