İbraima Konate yaxın vaxtlarda "Liverpul"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Fransalı futbolçu gələn ay azad agent statusu ilə İngiltərə klubunu tərk edəcək. Tərəflər yeni müqavilənin şərtləri barədə razılığa gələ bilməyiblər. Bu səbəbdən 26 yaşlı mərkəz müdafiəçisi mersisaydlılarla əməkdaşlığa son qoymaq qərarına gəlib.

Qeyd edək ki, Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edirdi. Fransa millisinin üzvü başa çatan mövsümdə "qırmızılar"ın heyətində keçirdiyi 45 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest